Ötən il TDT ölkələrinin ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub.
"Far.Az" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının (QHT) II Həmrəylik Forumunda deyib.
Onun sözlərinə görə, ötən il TDT-yə üzv dövlətlər yüksək iqtisadi artım göstəricilərinə malik olublar: "Türk dövlətlərində iqtisadi dinamika sürətlə inkişaf edir. Ötən il həmçinin TDT ölkələrində əhalinin ümumi sayı 180 milyona çatıb".
İcraçı direktor dünya əhalisinin 55 faizinin şəhrəlrdə yaşadığını şəhərlərdə yaşayır:
"2050-ci ilə qədər bu göstərici 70 faizə qədər artacaq. Bu da o deməkdir ki, yeni şəhərlərin salınmasına ehtiyac yaranacaq".
V.Qasımlı bildirib ki, 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə qədər şəhər və qəsəbə bərpa ediləcək:
"Azərbaycan şəhərsalma sahəsində müasir və inkluziv yanaşma ortaya qoyur. Bu yanaşma Qarabağ və Şərqi Zəngəzurdan da yan keçmir. Sürətlə bərpa quruculuq işlər davam etdirilir və etdiriləcək".
MƏLUMAT YENİLƏNİR