AZ

Bobur Bekmuradov: QHT-lərə dəstək üçün TDT-nin öz qrant proqramı olmalıdır

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr qeyri-hökumət təşkilatlarına (QHT) dəstək üçün ümumi qrant sistemi təsis etməlidirlər.

"Report" xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Sahibkarlıq, rəqabətin inkişafı və sənaye məsələləri üzrə parlament komitəsinin sədri Bobur Bekmuradov bu gün Bakıda keçirilən TDT ölkələri QHT-lərinin II Həmrəylik Forumunda çıxış edərkən deyib.

"Biz TDT ölkələrinin birliyə can atmasını müşahidə edirik. Lakin təəssüf ki, qeyri-hökumət təşkilatlarımız hələ də birgə fəaliyyət göstərmir. Məhz buna görə də platforma çərçivəsində TDT ölkələrinin QHT-lərinə dəstək fondu yaratmalıyıq. Bu təşəbbüsdə iri biznes də iştirak etməli olacaq", - o bildirib

O qeyd edib ki, forum QHT nümayəndələrinin görüşləri üçün daimi platforma olaraq qalmalıdır.

Seçilən
34
far.az

1Mənbələr