AZ

Belçika çempionu 19 yaşında ÖLDÜ

Belçikalı qadın velosipedçi Yilke Mixilsen onkoloji xəstəliklə (xərçənglə) uzun müddət mübarizədən sonra 19 yaşında vəfat edib.

AzNews.az xəbər verir ki, bu barədə son aylarda idmançının sağlamlıq vəziyyəti ilə bağlı yeniliklərin paylaşıldığı özünün sosial şəbəkə hesabında məlumat verilib.

Üç il əvvəl Yilke Mixilsenə Yuinq sarkoması (yumşaq toxuma və sümüyün bədxassəli şişi) diaqnozu qoyulmuşdu. Xəstəlik səbəbindən, o, idman karyerasını bitirməyə məcbur olmuşdu.

May ayının əvvəlində Mixilsen heç bir effektinin olmadığı və orqanizmini yorğun hala saldığı üçün kimyaterapiyanı dayandırdığını elan etmişdi.

Seçilən
35
1
aznews.az

2Mənbələr