AZ

“Mercedes Benz” silah istehsal etmək istəyir

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Alman avtomobil istehsalçısı “Mercedes-Benz” silah sektoruna girməyi istisna etmir.

Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin baş direktoru Ola Kallenius “The Wall Street Journal” qəzetinə bildirib.

“Dünya getdikcə daha gözlənilməz bir vəziyyət alır. Mənə elə gəlir ki, Avropa müdafiə potensialını artırmalıdır. Əgər bu işdə rol oynaya bilsək, biz bunu etməyə hazırıq”, - deyə o bildirib.

Kallenius həmçinin bildirib ki, silah sektoru minik və yük avtomobilləri ilə müqayisədə biznesin kiçik bir hissəsini təşkil edəcək.

Qeyd edək ki, bundan əvvəl “Der Spiegel” jurnalı KNDS Almaniya-Fransa müdafiə şirkətinin “Mercedes-Benz”lə Berlinin cənubundakı Lüdviqsfeld şəhərində yerləşən avtomobil zavodunu almaq barədə danışıqlar apardığını bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
yeniavaz.com

1Mənbələr