AZ

Ermənistan Aİ və Avrasiya İqtisadi İttifaqı arasında seçim edəcək – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın baş nazir müavini Mher Qriqoryan TASS agentliyinə müsahibəsində bildirib ki, İrəvan respublikanın eyni vaxtda həm Avropa İttifaqı (Aİ), həm də Avrasiya İqtisadi İttifaqında (AEİİ) təmsil olunmasının qeyri-mümkünlüyünü dərk edir və gələcəkdə bununla bağlı yekun qərar ölkə vətəndaşları tərəfindən qəbul ediləcək. 

Hazırda belə bir zərurətin olmadığını qeyd edən Qriqoryan Ermənistanın AEİİ-nin tamhüquqlu üzvü kimi əməkdaşlığı konstruktiv şəkildə davam etdirdiyini vurğulayıb. Rusiya Prezidenti Vladimir Putin isə mayın 9-da verdiyi bəyanatda İrəvanın bu inteqrasiya blokları arasında seçimini daha tez etməli olduğunu bildirərək, bu prosesi "mədəni ayrılıq" yolu kimi xarakterizə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
63
olaylar.az

1Mənbələr