AZ

TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayır

Bakıda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində baş tutan forumda 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edirlər.

Bununla yanaşı, II Həmrəylik Forumu çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumları da baş tutacaq.

Xatırladaq ki, TDT-yə üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu 2025-ci ilin 23-26 noyabr tarixlərində Bakı və Naxçıvanda keçirilib.

Məlumat üçün bildirək ki, 2022-ci il mayın 19-da Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu, 2023-cü il noyabrın 27-də Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu, 2024-cü il dekabrın 5-də Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu, 2025-ci il noyabrın 24-də Bakıda Azərbaycan-Qazaxıstan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib.

Xəbər yenilənəcək

Seçilən
2
30
day.az

10Mənbələr