AZ

Qriqoryan: Biz yaxşı başa düşürük ki...

Ermənistan çox yaxşı başa düşür ki, həm Avropa İttifaqına, həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olması mümkün deyil.

"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

O qeyd edib: "Üstəlik, bu məsələ ilə bağlı qərarı, əlbəttə ki, Ermənistan vətəndaşları verəcək. Hazırda belə bir ehtiyac yoxdur". Toyuqlu pizza

Qriqoryan vurğulayıb ki, Ermənistan Aİİ-in tamhüquqlu üzvüdür, konstruktiv əməkdaşlıq edir və müzakirələrdə və qərar qəbuletmə proseslərində tam iştirak edir.

Xatırlatma: mayın 9-da Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, İrəvan Aİ və ya Aİİ-ə qoşulmaq məsələsinə mümkün qədər tez qərar verməlidir, onda "ağıllı boşanma" mümkün olacaq.


Telegram kanalımız
Seçilən
26
2
yenisabah.az

3Mənbələr