AZ

Tibbdə inqilabi YENİLİK – Xərçəng vaksininin tətbiqinə başlanıldı

Rusiyada bağırsaq xərçənginə qarşı hazırlanmış vaksin artıq beş pasiyent üzərində tətbiq olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federal Tibbi-Bioloji Agentliyinin (FMBA) rəhbəri Veronika Skvortsova “İzvestiya” qəzetinə müsahibəsində məlumat verib.

Hazırda söhbət yalnız kolorektal xərçəngin müalicəsindən gedir. Daha 30 pasiyentin vaksinasiya prosesinə başlaması gözlənilir.

“Bu prosesə mart ayında başlamışıq və ilk vaksin olunan pasiyent artıq preparatın altı dozasını qəbul edib”, — deyə Skvortsova bildirib.

Onun sözlərinə görə, pasiyentlər vaksini yaxşı qəbul edir, müalicənin effektivliyi ilə bağlı yekun qiymətləndirmə isə daha sonra aparılacaq.

Xatırladaq ki, daha əvvəl Rusiya Elmlər Akademiyasının akademiki və Qamaleya Mərkəzinin direktoru Aleksandr Gintsburq onkovaksinin bir neçə xərçəng növünün müalicəsində istifadə olunacağını açıqlamışdı.

Gintsburqun sözlərinə görə, onkoloji xəstəliklərin müalicəsində növbəti mərhələ kiçikhüceyrəli olmayan ağciyər xərçəngi üzərində iş olacaq.

Bizim.Media

Seçilən
20
1
bizim.media

2Mənbələr