ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
2026-cı ilin yanvar-aprel aylarında Çindən Rusiyaya 29 min ədəd işlənmiş avtomobil ixrac edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə, yaxud 140 faiz çoxdur. Avtosfer.az xəbər verir ki, məlumatı Avtostat yayıb.
Rusların Çindən ən çox aldığı köhnə avtomobil “Volkswagen”dir - 7711 ədəd. İkinci yerdə isə eyni konsernə məxsus “Audi” avtomobilləridir. Ruslar bu ay Çindən 3654 ədəd işlənmiş “Audi” gətiriblər.
Üçüncü yerdə 3059 avtomobillə “Toyota” gəlir. Beşliyi “Honda” (2266 ədəd) və BMW (1910) tamamlayır.
Hesabat dövründə Federasiyaya cəmi 3661 ədəd istismarda olmuş Çin avtomobili gətirilib.
Vüqar
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.