AZ

Tramp: ABŞ İŞİD in əsas liderlərindən birini məhv edib

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələri Nigeriya ordusu ilə birgə həyata keçirdiyi əməliyyat zamanı “İslam Dövləti” (İŞİD) terror təşkilatının əsas rəhbərlərindən biri olan Əbu Bilal əl-Maynukini zərərsizləşdirib.

Bizimyol.info xəbər verir ki, Trampın sözlərinə görə, əl-Maynuki İŞİD-in qlobal strukturunda ikinci ən mühüm fiqurlardan biri hesab olunurdu.

“Əbu Bilal əl-Maynuki düşünürdü ki, Afrikada gizlənə biləcək. Lakin o bilmirdi ki, onun fəaliyyəti barədə bizi məlumatlandıran mənbələrimiz var. O artıq Afrika xalqlarını terror edə və amerikalılara qarşı əməliyyatların planlaşdırılmasında iştirak edə bilməyəcək”, — deyə ABŞ prezidenti “Truth Social” sosial şəbəkəsində yazıb.

Məlumata görə, əməliyyat ABŞ və Nigeriya hərbçilərinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Hadisə ilə bağlı əlavə detallar hələlik açıqlanmayıb.

Qeyd edək ki, “İslam Dövləti” terror təşkilatı bir sıra ölkələrdə terror qruplaşması kimi tanınır.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
icma.az

1Mənbələr