AZ

İngiltərə futbolundan məyus olmuşam

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Çelsi” ilə İngiltərə Kuboku finalından əvvəl zarafat edib.

İspaniyalı məşqçi “Uembli”də 24-cü oyununu keçirəcək. Oyun 16 may şənbə günü Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.

Publika.az xəbər verir ki, Qvardiolanın sözləri “Mançester Siti”nin rəsmi saytında yer alıb:

“İngiltərə futbolundan məyus olmuşam, hələ də tribunaya mənim adım qoyulmayıb! (gülümsəyir) Mən orada dəfələrlə olmuşam – heç olmasa bir boksa və ya hansısa VIP zonaya mənim adımı verə bilərlər. Bəlkə də ora daha 24 dəfə gedərəm. Bu, həqiqətən də xüsusi bir yerdir.

Seçilən
30
publika.az

1Mənbələr