AZ

Naxçıvandakı Duzdağ hoteli Həmkarlar İttifaqının balansına verilib

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Naxçıvanda yerləşən, vaxtilə "Nəqşıcahan" Holdinqin balansında olan "Duzdağ" hotelinin sahibi dəyişib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hotel Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının balansına keçib. Bununla bağlı, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

Heyət Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının binasına, Şuranın balansına alınmış "Duzdağ" hotelinə, "Duzdağ Fizioterapiya Mərkəzi"nə, "Darıdağ Arsenli Su Müalicə Mərkəzi" MMC-yə, hazırda tikinti işləri davam edən Darıdağ arsenli su müalicə və istirahət kompleksi və Ağbulaq İstirahət Mərkəzinə baxış keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
98
baku.ws

1Mənbələr