AZ

Tramp hələlik Tayvana 14 milyard dollarlıq silah tədarükünü təsdiqləməyib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin lideri Si Cinpinlə danışıqlardan sonra o hələ də Tayvanla 14 milyard dollar dəyərində silah müqaviləsinə razılıq verməyib.

"Report" xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

"Hazırda mən bunu təsdiq etməmişəm. Hadisələrin inkişafını izləyəcəyik. Mən buna gedə də, imtina da edə bilərəm", - Tramp bildirib.

O həmçinin Si Cinpinin Yaxın Şərq böhranının tənzimlənməsində kömək göstərməyə hazır olması barədə öz fikirlərini də şərh edib.

"Mən həmçinin bildirdim ki, bizim yardıma ehtiyacımız yoxdur. [Mən] belə bir xahişlə müraciət etməmişəm", - Ağ Evin sahibi baş verənlərlə bağlı öz şərhini çatdırıb.

Xatırladaq ki, Donald Tramp və Si Cinpin mayın 14-də Pekində görüş keçiriblər.

Seçilən
142
far.az

1Mənbələr