AZ

“Aston Villa” gələn mövsüm Çempionlar Liqasında oynayacaq

Idman.biz saytına istinadən ain.az xəbər verir.

İngiltərə Premyer Liqasının 37-ci turunda “Liverpul”u 4:2 hesabı ilə məğlub edən “Aston Villa” UEFA Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz bildirir ki, bu oyundan sonra “Aston Villa” İngiltərə Premyer Liqasının turnir cədvəlində 62 xalla dördüncü, “Liverpul” isə 59 xalla beşinci yerdədir.

“Bornmut” 55 xalla altıncı yerdədir, lakin bu turda hələ oyun keçirməyib. “Arsenal” (79), “Mançester Siti” (77) və “Mançester Yunayted” (65) artıq Çempionlar Liqasına vəsiqə qazanıblar.

“Aston Villa” cari İngiltərə Premyer Liqası mövsümünün son oyununda 24 mayda səfərdə “Mançester Siti” ilə qarşılaşacaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr