AZ

Mourinyo: “Benfika” mənə yeni müqavilə təklif etdi”

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Benfika”nın baş məşqçisi Joze Mourinyo Lissabon klubunun rəhbərliyinə hazırda yeni müqavilə imzalamaq istəmədiyini bildirdiyini açıqlayıb.

İdman.Biz bildirir ki, mediada daha əvvəl portuqaliyalı məşqçinin “Real Madrid”ə keçməyə yaxın olduğu bildirilirdi. Mourinyonun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Jurnalist Fabrizio Romano Mourinyonun sosial media səhifəsi X-də dediyi sözləri sitat gətirir: “Çərşənbə günü “Benfika” mənə yeni müqavilə təklifi göndərdi. Amma mən “İndi yox” dedim. Bazar günü görəcəyik. Gələn həftə gələcəyim üçün vacibdir”.

Romano Mourinyonun “Real Madrid”lə danışıqlarının irəlilədiyini və son mərhələyə qədəm qoyduğunu bildirib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
icma.az

1Mənbələr