Bakı, 16 may, AZƏRTAC
İsrail ordusu Livanla sərhəddə yerləşən sahil zonasında qapalı hərbi zona rejiminin tətbiq olunduğunu elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti açıqlama yayıb.
Məlumata görə, sərhəd kəndi Roş Hanikradan Açziv Milli Parkına qədər uzanan sahil zolağında hərbi rejim tətbiq edilib. Həmin iki məntəqə arasındakı məsafə təxminən 5 kilometrdir.
Qeyd olunub ki, bu qərar “mövcud vəziyyət qiymətləndirildikdən sonra” qəbul edilib. Artıq əraziyə giriş qəti şəkildə qadağandır.
Mətbuat xidməti əlavə təfərrüat vermədən bildirib ki, İsrail ərazini müdafiə etməyə hazırdır.