“Arsenal” yay transfer dövrü üçün Portunun yarımmüdafiəçisi Viktor Froholdtu izləyir.
İdmanxeber.az-ın məlumatına görə, London klubu yayda komandadan ayrılmağa yaxın olan Kristian Nyorqorun əvəzləyicisi kimi 20 yaşlı futbolçunu nəzərdən keçirir.
“Portu” gənc yarımmüdafiəçini satmaq niyyətində deyil. Froholdtun müqaviləsində isə 70 milyon funt-sterlinqlik sərbəstqalma maddəsi yer alıb. Futbolçunun özü də hazırda klubunu dəyişmək istəmir.
Viktor Froholdt bu mövsüm bütün turnirlərdə 51 oyunda 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.