“Bavariya” təcrübəli qapıçısı Manuel Noyer ilə müqaviləni yeniləyib.
İdmanxeber.az-ın məlumatına görə, 40 yaşlı almaniyalı qolkiperin yeni sözləşməsi bir illikdir. Beləliklə, Noyer klubda 16-cı mövsümünü keçirəcək.
O, indiyədək “Bavariya”nın heyətində 597 oyunda meydana çıxıb və 269 matçda qapısını toxunulmaz saxlayıb.