Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Qurban bayramı ərəfəsində ət bazarında qiymətlərin necə dəyişəcəyi hər il olduğu kimi bu dəfə də əsas müzakirə mövzularından biridir. Bayram dövründə tələbin artması, istehlakçı fəallığının yüksəlməsi və bazarda yaranan əlavə sıxlıq qiymət dinamikasına birbaşa təsir göstərir. Eyni zamanda yerli istehsalın vəziyyəti və mal-qaranın sayındakı dəyişikliklər də qiymətlərin formalaşmasında mühüm rol oynayır. Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, Azərbaycanda ətin qiyməti son aylarda demək olar ki, davamlı olaraq artım göstərir:"Qurban bayramı dövründə isə tələbin kəskin yüksəlməsi bu prosesə əlavə təsir edir və bazarda ətə olan ehtiyac daha da artır. Eyni zamanda ölkədə yerli istehsalın azalması da qiymətlərin formalaşmasına birbaşa təsir göstərən əsas amillərdən biridir. İribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayında müşahidə olunan azalma fonunda daxili bazarın tələbatı tam qarşılanmır və bu da qiymətlərin stabil qalmasına imkan vermir.Nəticədə bazarda artım tendensiyası davam edir və bu proses təkcə mövsümi deyil, həm də struktur xarakteri daşıyır. Qurban bayramı ərəfəsində və bayram günlərində isə qiymətlərin növbəti artım dalğasının baş verməsi ehtimalı daha da güclənir", - deyə ekspert bildirib. Yəni, ölkədə mal-qaranın sayı azaldığı və yerli istehsal tələbatı ödəmədiyi üçün Qurban bayramında ətin qiymətinin daha da bahalaşacağı gözlənilir.Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.