Astrologiyaya görə, bəzi bürclər insanların gizlətdiyi duyğuları, səmimiyyətsiz davranışları və hətta deyilən yalanları çox tez hiss edir.
Busaat.az altıncı hissləri ilə seçilən üç bürcü sizə təqdim edir:
Əqrəb
Əqrəblər güclü müşahidə qabiliyyəti və intuisiya ilə tanınır. Onlar insanların mimikasından, baxışlarından və davranışındakı ən kiçik dəyişiklikdən belə nəyinsə gizlədildiyini anlaya bilirlər. Astrologiyada Əqrəb “həqiqəti ortaya çıxaran bürc” kimi təsvir olunur.
Balıqlar
Balıqlar bürcü emosional enerjini çox güclü hiss edir. Onlar çox vaxt “pis hiss etdim” və ya “yuxumda gördüm” kimi ifadələr işlədirlər. İnsanların niyyətini sözlərdən çox enerji vasitəsilə anladıqları düşünülür.
Xərçəng
Xərçənglər sevdiklərini qoruma instinkti ilə hərəkət edir və ətrafdakı mənfi enerjini tez sezirlər. Səmimiyyətsiz insanları və süni davranışları ilk hiss edən bürclərdən biri hesab olunurlar. Onların intuisiya gücü xüsusilə münasibətlərdə ön plana çıxır./milli.az