AZ

FHN-in birgə təşkilatçılığı ilə konfrans keçirildi

Mayın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal Rayon Təşkilatının inzibati binasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, YAP Yasamal Rayon Təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda konfrans keçirilib.

Publika.az xəbər verir ki, əvvəlcə YAP Yasamal Rayon Təşkilatında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə güllər düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.

Konfransda çıxış edən Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov bildirib ki, aktual mövzuya həsr olunmuş bu konfrans ölkəmizdə şəhərsalma, təhlükəsiz və dayanıqlı inkişaf, eləcə də seysmik risklərin idarə olunması sahəsində həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir.

Seçilən
27
publika.az

1Mənbələr