AZ

ABŞ-Çin münasibətlərində yeni dövr

Dünyanın diqqəti ABŞ Prezidenti Donald Trampın Çinə səfərinə yönəlib. Bu səfər həm diplomatik münasibətlər, həm də qlobal iqtisadi və texnoloji rəqabət baxımından kritik bir dönüş nöqtəsi hesab olunur.

Anadolu Agentliyi xəbər verir ki, iki liderin ilk görüşündə müsbət mesajlar verilib. Çin lideri Si Cinpin, “Çin və ABŞ dövrün çətinliklərinə birlikdə cavab verməlidir” deyərək əməkdaşlığın vacibliyini vurğulayıb. Tramp isə “Birlikdə möhtəşəm gələcəyimiz olacaq” ifadəsini işlədib.

Görüşün gündəliyində duran əsas məsələlər sırasında ABŞ-nin Çini kənd təsərrüfatı və aviasiya sahələrində daha çox məhsul almağa təşviq etməsi gözlənilir. Eyni zamanda, süni intellekt, çip istehsalı və yarımkeçiricilər sahəsindəki məsələlər və Yaxın Şərqdəki gərginlik də müzakirə mövzularıdır. 

Texnologiya şirkətləri artıq dövlətlərin geosiyasi alətinə çevrilib. ABŞ maliyyə sistemini və dolların gücünü əlində saxladığı halda, Çin qlobal istehsalın və tədarükün mərkəzində dayanır. Xüsusilə çiplər, nadir torpaq elementləri və batareya texnologiyaları sahəsində Çinə olan asılılıq qlobal iqtisadiyyatın “onurğa sütunu” hesab olunur.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
63
azerbaijan-news.az

1Mənbələr