AZ

WUF13 çərçivəsində nəqliyyat xidmətləri artıq istifadəyə verildi

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat xidmətləri artıq istifadəyə verilib.

Bu barədə Publika.az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, 15 may 2026-cı il tarixindən etibarən WUF13 çərçivəsində iştirakçıların tədbir məkanına rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə WUF13 nəqliyyat sistemi tam şəkildə fəaliyyətə başlayıb.

Qeyd olunub ki, WUF13 iştirakçıları hava limanı, nəqliyyat mübadilə mərkəzləri, qonaqlama əraziləri və WUF13 tədbir məkanı arasında əlaqəni təmin edən inteqrasiya olunmuş nəqliyyat xidmətlərindən yararlana bilərlər.

"Tədbirlə əlaqədar olaraq, WUF13 Hava Limanı avtobus xidməti 12–25 may tarixlərində günün 24 saatı fasiləsiz fəaliyyət göstərəcək. Şəhərdaxili avtobus xidmətləri 15–22 may tarixlərində iştirakçıların istifadəsində olacaq. K1 xüsusi avtobus xətti isə 14–23 may tarixlərində Koroğlu nəqliyyat qovşağı ilə WUF13 tədbir məkanı arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcək.

Seçilən
7
27
publika.az

10Mənbələr