Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
Bakının Nəsimi rayonunda yeni parkın salınması ilə bağlı hazırlıqlara başlanılıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Məlumata görə, yeni park 28 May küçəsindən “The Ritz-Carlton Baku” hotelinə qədər olan 12 ha ərazidə salınacaq.
Parkın salınmasına 49 milyon 440 min manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
Xatırladaq ki, hələ ötən il BŞİH-in “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti parkın salınması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması işlərini “Az.Arxitektura” şirkətinə həvalə edib və onunla 2,4 milyon manatlıq müqavilə bağlayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.