AZ

Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Bakıda növbəti dəfə mübarizə aparacağı üçün şaddır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə idmançı bu il keçiriləcək "UFC Fight Night Baku" turniri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, birlikdə işlədiyi komandanı dəyişmək fikri yoxdur:

"Mütləq Döyüş Çempionatının (UFC) Azərbaycanda keçiriləcəyi üçün xoşbəxtəm. Bakıda döyüşəcəyim üçün şadam. Eyni komanda ilə hazırlaşıram. Bu kollektivi dəyişmək fikrim yoxdur. Hər döyüşçü nokautdan danışa bilər. Amma heç kim dəqiq deyə bilməz ki, bu, hansı raundda olacaq. Amma bunun üçün çalışacağam".

Qeyd edək ki, turnir iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Rafael Fiziyev gecənin əsas döyüşündə, yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

Seçilən
2
2
far.az

3Mənbələr