AZ

Rixard Raşi Şuşa, Xankəndi, Ağdam və Füzulidə olub - YENİLƏNİB

Azərbaycanda səfərdə olan Slovakiya Milli Şurasının sədri Rixard Raşinin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olub.

"Far.Az" xəbər verir ki, nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, parlamentin Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov və digər rəsmi şəxslər müşayiət ediblər.

Səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Burada qonaqlar Füzuli hava limanının maketi, limanın texniki göstəriciləri, həmçinin Füzuli şəhərinin bərpası planı ilə tanış olublar, rayonda görülmüş işlərlə bağlı geniş məlumat alıblar.

Şuşaya gələn qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.

Qonaqlar burada Cıdır düzündə və Aşağı Gövhərağa məscidində olublar. Bildirilib ki, qəhrəman əsgərlərimizin böyük şücaəti sayəsində işğaldan azad edilmiş Şuşanın Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.

Sonra nümayəndə heyəti Xankəndi şəhərinə gələrək burada aparılan genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işləri ilə yaxından tanış olub. Nümayəndə heyəti şəhərin görməli məkanlarından biri olan Zəfər parkını ziyarət edib. Burada qonaqlara Azərbaycanın tarixi Qələbəsinin rəmzi olan parkın əhəmiyyəti barədə məlumat verilib. Sonra nümayəndə heyətinin üzvləri Qarabağ Universiteti, orada yaradılan müasir tədris infrastrukturu, auditoriyalar, kitabxana, laboratoriyalarla tanış olublar.

Səfər çərçivəsində slovakiyalı parlamentarilər Ağdam rayonunun Baş Qərvənd kəndində də olublar. Burada qonaqlara Slovakiyanın iştirakı ilə görülmüş işlər barədə məlumat verilib.

Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi mayın 15-də başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Xankəndi şəhərinə səfər edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Far.Az"a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işləri ilə yaxından tanış olub.

Qonaqlara şəhərdə həyata keçirilən infrastruktur layihələri, yaşayış məhəllələrinin yenilənməsi, sosial obyektlərin bərpası və şəhərin müasir inkişaf konsepsiyası əsasında görülən işlər barədə məlumat verilib.

Nümayəndə heyəti şəhərin görməli məkanlarından biri olan Zəfər parkını da ziyarət edib. Burada qonaqlara Azərbaycanın tarixi Qələbəsinin rəmzi olan parkın əhəmiyyəti barədə məlumat verilib.

Sonra nümayəndə heyəti Qarabağ Universiteti, orda yaradılan müasir tədris infrastrukturu, auditoriyalar, kitabxana, laboratoriyalarla tanış olublar.

Universitetin rektoru Şahin Bayramov ilə keçirilən görüş zamanı qonaqlar, ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları və regionda yüksək ixtisaslı kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat alıblar.

Görüşdə Qarabağ bölgəsində həyata keçirilən bərpa və inkişaf proseslərinin təhsil sahəsinə verdiyi töhfələr xüsusi vurğulanıb.

Seçilən
2
9
far.az

10Mənbələr