AZ

Kirayə evdən vaxtından əvvəl çıxan şəxs depoziti geri ala bilər? Hüquqi izah

ain.az, Gununsesi saytına istinadən bildirir.

Kirayə mənzil münasibətlərində ən çox mübahisə yaradan məsələlərdən biri depozit pulunun geri qaytarılmasıdır.

Xüsusilə kirayəçi müqavilə müddəti bitmədən evi tərk etdikdə tərəflər arasında narazılıq yaranır.

Gununsesi.info-ya danışan hüquqşünas Rəşad Səfərovun açıqlamasına görə, depozitin geri qaytarılması bağlanmış kirayə müqaviləsinin şərtlərindən asılıdır. O bildirir ki, əgər müqavilədə vaxtından əvvəl çıxış zamanı depozitin saxlanılması nəzərdə tutulubsa, ev sahibi həmin məbləği qaytarmaya bilər.

Bununla yanaşı, hüquqşünas qeyd edir ki, kirayəçi mənzilə zərər vurmayıbsa və bütün ödənişlərini edibsa, bəzi hallarda depozitin saxlanılması əsassız hesab oluna bilər.

“Əsas məsələ tərəflər arasında yazılı razılaşmanın olmasıdır. Şifahi razılaşmalar sonradan mübahisə yarada bilir,” – deyə o bildirib.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr