AZ

Xankəndidə konfrans keçirildi FOTOLAR

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Mayın 15-də Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Qarabağ Universitetində “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda konfrans keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi Nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, eləcə də aidiyyəti dövlət qurumlarının və yerli təşkilatların nümayəndələri iştirak ediblər.

Konfransdan əvvəl iştirakçılar FHN-ə məxsus xüsusi kimya təyinatlı və fərdi mühafizə vasitələri, müasir radiasiya cihazları, yanğınsöndürmə və xilasetmə texnikası ilə tanış olublar. 

Nazirliyin mütəxəssisləri avadanlıqların istifadə qaydaları və fövqəladə hallar zamanı tətbiqi barədə ətraflı məlumat veriblər.Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov mülki müdafiə sahəsində maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov isə ekoloji risklərin vaxtında müəyyən olunması, qarşısının alınması və qurumlararası koordinasiyanın vacibliyindən danışıb.Konfrans çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərkosmos” və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri də çıxış edərək, mülki müdafiə sahəsində birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıblar.

Sonda mülki müdafiə işinin təşkili sahəsində fərqlənən əməkdaşlar Fövqəladə Hallar Nazirliyinin “Fəxri fərman”ı ilə təltif olunublar.

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
cebheinfo.az

3Mənbələr