AZ

"Yeraltı" mövsüm finalı edir – məşhur aktyor serialla vidalaşır

"Yeraltı" serialının mövsüm finalı üçün geri sayım başlayıb.

Ölkə.az xəbər verir ki, tamaşaçıların maraqla gözlədiyi final bölümündə layihə ilə vidalaşacaq aktyorun kimliyi də məlum olub.

Baş rollarında Deniz Can Aktaş, Devrim Özkan, Uraz Kaygılaroğlu və Sümeyye Aydoğanın yer aldığı serial mövsümün ən çox diqqət çəkən ekran işlərindən biri sayılır. Geniş izləyici auditoriyası qazanan və reytinqlərdə uğur əldə edən serialla bağlı yeni detallar ortaya çıxıb.

Mayın 20-də yayımlanacaq 16-cı bölümlə mövsüm finalı edəcək serialda hadisələrin tempi daha da yüksələcək. Eyni zamanda əsas personajların taleyi də aydınlaşacaq.

Seriala "Kartal" obrazı ilə qonaq aktyor kimi qoşulan və hadisələrin gedişatını dəyişən Cemal Hünal mövsüm finalı bölümü ilə layihəyə vida edəcək.

Həmidə İbrahimova

Seçilən
24
olke.az

1Mənbələr