AZ

Bu fərman sağlam ekoloji mühitin formalaşdırılması istiqamətində atılmış vacib addımdır Millət vəkili

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Prezident İlham Əliyevin tullantıların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı yeni fərman olduqca mühüm və zamanın çağırışlarına cavab verən strateji qərardır. Xüsusilə regionlarda mövcud olan problemlərin həlli, ekoloji təhlükəsizliyin gücləndirilməsi, tullantıların düzgün idarə olunması və bu sahədə vahid dövlət nəzarətinin formalaşdırılması baxımından bu addım böyük əhəmiyyət daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyinin yaradılması dövlətimizin ekoloji siyasətə verdiyi önəmin bariz nümunəsidir. Bu gün bəzi bölgələrdə tullantıların çeşidlənməsi, daşınması və utilizasiyası ilə bağlı ciddi çətinliklər mövcuddur. Yeni agentliyin fəaliyyəti həmin problemlərin daha sistemli və operativ şəkildə həllinə, müasir idarəetmə mexanizmlərinin tətbiqinə və ətraf mühitin qorunmasına mühüm töhfə verəcək".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib.  Millət vəkili qeyd edib ki,  bu fərman eyni zamanda gələcək nəsillər üçün sağlam ekoloji mühitin formalaşdırılması istiqamətində atılmış vacib addımdır:

"Hesab edirəm ki, bu qərar ölkəmizdə yaşıl inkişaf siyasətinin daha da güclənməsinə, regionlarda ekoloji vəziyyətin yaxşılaşmasına və vətəndaş məsuliyyətinin artırılmasına xidmət edəcək. Prezidentin bu sahəyə xüsusi diqqəti bir daha göstərir ki, Azərbaycan dayanıqlı inkişaf və ekoloji təhlükəsizlik məsələlərini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qəbul edir".

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
4
525.az

5Mənbələr