ain.az bildirir, Marja.az portalına istinadən.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında mayın 18-i axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, 16-sı axşam şərq rayonlarında yağıntının bir qədər güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.