ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
"İran istənilən ssenariyə - həm ABŞ ilə müharibənin yenidən başlamasına, həm də münaqişənin həlli üçün danışıqlar masasına qayıtmağa hazırdır".
525.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Biz hər iki ssenariyə hazırıq: ya döyüş meydanına və müharibəyə qayıdırıq, ya da danışıqlar masasına qayıdırıq, danışıqlar aparırıq və diplomatiya yolunu seçirik. Bizim üçün fərqi yoxdur. Hər şey qarşı tərəfin nəyi seçməsindən asılıdır", - o, Yeni Dehlidə keçirilən mətbuat konfransında bildirib.
Mayın 12-də CNN ABŞ prezidenti Donald Trampın İrana qarşı tammiqyaslı hərbi əməliyyatı bərpa etməyi ciddi şəkildə düşündüyü barədə məlumat yayıb.
Pərvanə Suıtanova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.