AZ

“Diplomatlarımız arxa cəbhənin peşəkar əsgərləridir” Günay Əfəndiyeva

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Şübhəsiz ki, “Diplomatik xidmət haqqında” qanun layihəsində nəzərdə tutulan dəyişikliklər çoxciddi əhəmiyyət kəsb edir. Çünki xarici siyasət Azərbaycanın dünyadakı mövqeyini formalaşdıran aparıcı istiqamətlərdəndir. Cənab Prezidentin rəhbərliyi ilə dövlətimiz bu gün mürəkkəb beynəlxalq şəraitdəöz müstəqil xarici siyasət kursunu güclü iradə ilə davam etdirir. Ölkəmiz dünyadabeynəlxalq siyasidialoqun, nəqliyyat və enerji əməkdaşlığının, mədəni və humanitar təşəbbüslərin mühüm mərkəzlərindən birinə çevrilib. Azərbaycan həm Avropa, həm Türk Dünyası, həm İslam dünyası dövlətləri, həm də Mərkəzi Asiya və Qlobal Cənub ölkələri ilə əlaqələrini ardıcıl şəkildə gücləndirir”.

525.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva açıqlamasında bildirib.

Millət vəkili dövlətimizin uzun illərdir peşəkarlıqla, uzaqgörənliklə yürütdüyü ardıcıl siyasi xəttin davamı kimi Azərbaycan Prezidentinin son bir ay ərzində həyata keçirdiyi fəal diplomatik təmaslara diqqət çəkib:

“Dövlət başçısının Gürcüstana dövlət səfəri, Türkiyədə, Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi çoxsaylı görüşlər; Latviya və Ukraynanın Prezidentlərinin, Litva, Çexiya, İtaliyanın Baş nazirlərinin ölkəmizə səfərləri; Slovakiyanın Baş naziri Robert Fitsonun Prezident İlham Əliyevin Avropa Parlamenti ilə bağlı fikirlərinəaçıq dəstəyini ifadə etməsi; eləcə də mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçirələcək Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının növbəti qeyri-rəsmi zirvə görüşündə Azərbaycanın iştirakı və nəhayət, mötəbər, qlobal əhəmiyyətli tədbirlərdən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasınınbir neçə gün sonra Bakıda öz işinəbaşlaması - bütün bu sadalanan faktlar şübhəsiz ki, dövlət başçısının gərgin iş qrafiki ilə davam etdirdiyi diplomatik fəaliyyətin nəticəsində Azərbaycanın dünya miqyasında qazandığı nüfuzu bir daha təsdiqləyir.

Eyni zamanda, sözügedən proseslərə Azərbaycan diplomatlarının gündəlik, bəzən görünməyən, lakin son dərəcə məsuliyyətli xidmətidə öz töhfəsini verir. Diplomatlarımız arxa cəbhənin peşəkar əsgərləridir.

Mən bu sahədə uzun illər çalışmış bir insan kimi deyə bilərəm ki, diplomatlarımız çox vaxt qürbətdə - Azərbaycanın hüdudlarından kənarda, fərqli siyasi və ictimai mühitdə, beynəlxalq qeyri-sabitlik fonunda ölkəmizin milli maraqlarının qorunması üçün çalışırlar. Ona görə də peşə öhdəliklərindən irəli gələn, hər an hazırlıq və çeviklik tələb edən həyat tərzi diplomatlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsini zəruri edir. Bu baxımdan düşünürəm ki, diplomatların dəstəklənməsi yalnız sosial siyasət məsələsi deyil, bu dövlət strategiyası, Azərbaycanın qlobal mövqelərinin daha da möhkəmləndirilməsi məsələsidir. Ona görə də hesab edirəm ki, “Diplomatik xidmət haqqında qanun”a təklif olunan dəyişikliklər olduqca lazımi və gözlənilən bir addımdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
525.az

1Mənbələr