AZ

Pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb

BAKI, 15 may. TELEQRAF

2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,1 milyard manatlıq, o cümlədən 11,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2026-cı ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 13,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi avtomobil yanacağının, 4,3 faizi elektrik malları və mebellərin, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 489,5 manatlıq, o cümlədən 272 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,5 manatlıq qeyri-ərzaq malları alıb.

Seçilən
13
4
teleqraf.com

8Mənbələr