AZ

Unutduğu şifrəni illər sonra xatırlayıb, sərvət qazandı

ain.az bildirir, Bizim media portalına istinadən.

Türkiyəli bloger Didem Soydan illər əvvəl etdiyi Bitcoin investisiyasının ona böyük qazanc gətirdiyini açıqlayıb.Bizim.Media “Haberler”ə istinadla xəbər verir ki, Soydan 2012-ci ildə keçmiş sevgilisinin məsləhəti ilə Bitcoin alıb, lakin sonradan rəqəmsal cüzdanının şifrəsini unudub.Didem Soydanın sözlərinə görə, illər sonra dostları arasında “Bitcoin”lə bağlı söhbət gedərkən yatırımı yadına düşüb:“Həmin vaxt sevgilim mənə Bitcoin barədə danışmışdı. Tətbiqi telefonuma yükləmişdim, bankdan pul köçürüb hesab açmışdım. Təxminən 10 gün sonra isə Nyu-Yorka köçdüm”, – deyə o bildirib.Model qeyd edib ki, aradan təxminən 4 il keçdikdən sonra Bitcoinin sürətlə bahalaşdığını eşidəndə öz hesabını xatırlayıb. Lakin cüzdanın şifrəsini unutduğu üçün ona giriş edə bilməyib.Didem Soydan bildirib ki, köhnə telefonunu tapdıraraq günlərlə hesabı bərpa etməyə çalışıblar:“Bacımı axtarıb köhnə telefonumu tapmasını və enerji yığmasına kömək etməsini istədim. Hesaba daxil olmaq üçün 3-4 gün çalışdıq”, – deyə o qeyd edib.Soydan sonda hesabına giriş etdikdə gördüyü məbləğ qarşısında şoka düşdüyünü deyib:“Ekrandakı rəqəmi görəndə şok yaşadıq. Bacım həyəcanla ‘zəngin olduq!’ deyə qışqırdı”, – model əlavə edib. Onun sözlərinə görə, həmin qazanc pandemiya dövründə həm özünə, həm də yaxın çevrəsinə maddi dəstək olmağa imkan yaradıb.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
bizim.media

2Mənbələr