AZ

ABŞ: İranın hərbi gücü zəiflədilib, amma Hörmüz boğazına nəzarət qalır

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper bildirib ki, ABŞ və İsrailin həyata keçirdiyi hava hücumları nəticəsində İranın hərbi imkanları ciddi şəkildə zəiflədilib. Bununla belə, Tehran hələ də Hörmüz boğazına nəzarəti əlində saxlayır.

BAKU.WS xəbər verir ki, admiral bu barədə Senatın Silahlı Xidmətlər Komitəsində keçirilən "İranla qarşıdurma və Afrikadakı hərbi hazırlıq vəziyyəti" adlı dinləmədə danışıb.

Kuperin sözlərinə görə, ABŞ və İsrail İranın silah istehsalı obyektlərinə 1450-dən çox zərbə endirib. O iddia edib ki, hücumlar nəticəsində İranın ballistik raket, pilotsuz uçuş aparatı və dəniz sənayesi infrastrukturunun 85 faizdən çoxu sıradan çıxarılıb.

Admiral qeyd edib ki, ABŞ qüvvələri İranın təxminən 8 min dəniz minasından ibarət arsenalının 90 faizdən çoxunu məhv edib və onların Hörmüz boğazında yerləşdirilməsinin qarşısını alıb.

Bununla yanaşı, Kuper vurğulayıb ki, İranın hələ də bölgədə gəmilər üçün təhlükə yarada biləcək müəyyən imkanları qalır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
1
baku.ws

2Mənbələr