AZ

Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını döyüb

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Samsun vilayətinin İlkadım rayonunda Azərbaycan vətəndaşı olan 63 yaşlı S.Qədirova (şərti) polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” “Yeni Şafak”a istinadən xəbər verir ki, xəstə baxıcısı olan S.Qədirova 88 yaşlı qadını döyməkdə ittiham edilir.

Belə ki, Parkinson xəstəliyindən əziyyət çəkən ahıl qadının yaxınları onun sifətində xəsarətləri görərək Samsun Prokurorluğuna müraciət ediblər.

Polis tərəfindən saxlanılan xəstə baxıcısı barəsində qəsdən yaralama əməlinə görə araşdırmalara başlanılıb və o saxlanılıb. Samsun Məhkəməsinə göndərilən azərbaycanlı qadın barəsində polisin nəzarəti altına verilmə qərarı çıxarılıb və o, sərbəst buraxılıb. Bununla yanaşı, 63 yaşlı S.Qədirovanın Türkiyəni tərk etməsi yasaqlanıb. Onun üzərinə hər həftə polis şöbəsinə gedərək iltizam yazmaq vəzifəsi də qoyulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
8
qafqazinfo.az

9Mənbələr