AZ

“Real” Mourinyoya görə bu qədər təzminat ödəməlidir

“Real Madrid”in baş məşqçisi təyin olunmağa yaxın olan portuqaliyalı Joze Mourinyo 7 milyon avro təzminat ödəniləcəyi təqdirdə komandasını dəyişə bilər.

Publika.az xəbər verir ki, “Record”un məlumatına görə, bu məbləğ tərəflərdən hər hansı biri müqaviləni ləğv etmək qərarına gələcəyi təqdirdə “Benfika” ilə məşqçi arasında razılaşdırılıb.

Mənbənin məlumatına görə, bu satınalma bəndi cari mövsümün son oyunundan sonra yalnız 10 gün ərzində qüvvədədir. Məlumata görə, “Benfika”nın prezidenti Rui Kosta artıq Mourinyoya müqavilənin uzadılmasını təklif edib və cavab gözləyir.

Seçilən
10
50
publika.az

10Mənbələr