AZ

Trampdan sensasiyalı etiraf: “Çin bizə casusluq edir, biz də onlara”

ABŞ prezidenti Donald Tramp ABŞ və Çin arasında texnologiya sahəsində qarşılıqlı casusluğun aparıldığını bəyan edib.

Publika.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Tramp bildirib ki, Çin tərəfindən Amerikanın intellektual mülkiyyətinin oğurlanması ilə bağlı suala cavab verərkən ABŞ-ın da oxşar fəaliyyətlə məşğul olduğunu gizlətməyib.

“CBS News”a müsahibəmdə bu barədə danışmışdım. Aparıcı dedi ki, Çin bizdən müxtəlif şeyləri oğurlayır. Mən isə cavab verdim ki, biz də bunu edirik. Onlar bizə casusluq edir, biz də onlara”, - deyə Ağ Ev rəhbəri bildirib.

ABŞ prezidenti qeyd edib ki, bu məsələni Çin lideri Si Cinpin ilə ciddi şəkildə müzakirə edib.

Seçilən
10
publika.az

1Mənbələr