AZ

Qadın güləşçilərimiz bürünc medal uğrunda mübarizəyə başlıyacaq

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın qadın güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında bürünc medal görüşlərinə çıxacaqlar.

İdman.Biz xəbər verir ki, 46 kq çəki dərəcəsində Nuray Cəfərli bürünc medal uğrunda Bolqarıstan təmsilçisi Hrisiana Nikolaeva Hristova və Xorvatiyadan Lara Blazekovic qarşılaşmasının qalibi ilə güləşəcək.

Fatimə Bayramova (53 kq) isə bürünc medal uğrunda görüşə Emmy Brita Theresia Nerell (İsveç) - Zuzanna Sokolovska (Polşa) qarşılaşmasının qalibi ilə çıxacaq.

Qeyd edək ki, bürünc medal görüşü bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr