AZ

“Qadınlar İnklüziv Şəhərlərin Hərəkətverici Qüvvəsi Kimi” adlı tədbir keçirilib

13 may 2026-cı il tarixində BakuUrbanWeek çərçivəsində Resource HUB və Yelo Bankın birgə əməkdaşlığı ilə təşkil olunan “Qadınlar İnklüziv Şəhərlərin Hərəkətverici Qüvvəsi Kimi” adlı tədbirdə Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin üzvləri də iştirak edib.

QHT.az xəbər verir ki, tədbirdə inklüziv, təhlükəsiz, davamlı və icma yönümlü şəhərlərin formalaşdırılmasında qadınların rolu müzakirə edilib. Hibrid formatda təşkil olunan panel müzakirələrdə bu sahədə yerli və beynəlxalq təcrübələr bölüşülüb, suallar cavablandırılıb.

Yerli icma üzvlərinin istehsal etdiyi məhsulların satış sərgisi təşkil edilib.

Seçilən
22
qht.az

1Mənbələr