AZ

İşıqforun son saniyələrində yolu qaçaraq keçən piyadalar təhlükə yaratdı VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində piyadaların yol hərəkəti qaydalarını kobud şəkildə pozması avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 14-də saat 12:38 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, iki nəfər piyada işıqforun yaşıl işığının son saniyələrində nizamlanan piyada keçidindən qaçaraq yolu keçməyə çalışıb. Onlar eyni zamanda yaxınlaşmaqda olan avtomobilin hərəkətini də nəzərə almayıblar.

Ondan geri qalmayan qadın isə sarı işıqda yolu keçir. 

Qeyd edək ki, bəzi piyadaların keçidin nizamlanan və ya nizamlanmayan olmasına diqqət yetirmədən “keçiddən keçirəm” prinsipi ilə hərəkət etməsi ciddi təhlükə yaradır. Belə hallar həm piyadaların öz həyatını riskə atır, həm də sürücülər üçün qəza şəraiti formalaşdırır.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
83
avtosfer.az

1Mənbələr