ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə maqazin gündəminə hələn yeni iddiaya görə, məşhur aktrisa Gökçe Bahadırın hamilə olduğu bildirilir. Demokrat.az xəbər verir ki, məlumata görə, aktrisanın hamiləliyi hələ ilkin mərhələdədir. Cütlüyə yaxın mənbələrdən yayılan xəbərlər qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.Şəxsi həyatını diqqətdən uzaq yaşamağa üstünlük verən Gökçe Bahadır və musiqiçi Emir Ersoy cütlüyünün mövzu ilə bağlı hələlik rəsmi açıqlama verməməsi diqqət çəkib.Maqazin kulislərində yayılan məlumatlara görə, 2022-ci ildə ailə quran məşhur cütlük valideyn olmağa hazırlaşır. Akif Yamanın yaydığı xəbərdə cütlüyə yaxın şəxslərin aktrisanın hamiləliyinin hələ çox erkən mərhələdə olduğunu bildirdiyi qeyd olunub.İddiaların yayılmasından sonra sosial mediada çoxsaylı təbrik mesajları paylaşılıb və pərəstişkarlar cütlükdən rəsmi açıqlama gözləməyə başlayıblar.Gökçe Bahadır və Emir Ersoy uzun müddətdir nümunəvi və xoşbəxt evlilikləri ilə tanınırlar. Körpə xəbəri sənət aləmində də böyük maraq doğurub.Jalə
Demokrat.az





Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.