AZ

Ərdoğan Türküstana səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Türküstan şəhərinə səfər edib.

Missiya.Az xəbər verir ki, o burada Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə Görüşündə iştirak edəcək.

Bildirilib ki, Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə TDT-nin qeyri-rəsmi Zirvə Toplantısında iştirak edəcək.

Məlumata görə, Zirvə toplantısında Ərdoğanla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadir Japarov və Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürman iştirak edəcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr