AZ

Con Duran “Zenit”lə yollarını ayırdı - Avropaya qayıdır?

“Əl-Nəsr” klubunun hücumçusu Con Duran “Zenit” Sankt-Peterburqla icarə müqaviləsini vaxtından əvvəl ləğv edib.

Redaktor.az xəbər verir ki, hücumçu mayın 18-də 2026-cı il Dünya Çempionatına hazırlıq məqsədilə Medelində Kolumbiya milli komandası ilə məşqlərə başlayacaq. Həmçinin, Duranın Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə mövcud müqaviləsinə baxmayaraq, karyerasını Avropada davam etdirmək niyyətində olduğu bildirilib.

Qeyd edək ki, 9 fevral 2026-cı ildə “Zenit” Sankt-Peterburq rəsmi olaraq kolumbiyalı hücumçunun “Əl-Nəsr”dən icarəyə götürüldüyünü açıqlamışdı. Müqavilənin 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olduğu bildirilirdi. Hücumçu komandanın heyətində 9 oyunda meydana çıxaraq 2 qol vurub.

29 turdan sonra “Zenit” Rusiya Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. Sankt-Peterburq təmsilçisi 65 xala malikdir və ən yaxın izləyicisi “Krasnodar”dan 2 xal öndədir. Çempionatın 30-cu turu 17 may bazar günü keçiriləcək, bütün oyunlar eyni vaxtda start götürəcək və Moskva vaxtı ilə saat 18:00-da başlayacaq.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
70
1
redaktor.az

2Mənbələr