AZ

Bakının mərkəzində “Kalaşnikov”la gəzəni nə gözləyir? AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobilindən döyüş silahı tapılması paytaxtda təşvişə səbəb olub. Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olan “Changan Qiyuan A05” markalı nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı avtomobildən “Kalaşnikov” markalı AK-74 modelli avtomat, 6 ədəd patron və bir ədəd sandıqça aşkar edilərək götürülüb. Silah daşıyan sürücü dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu məsələ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə tənzimlənir:“Həmin maddəyə əsasən, qanunsuz olaraq silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması və ya gəzdirililməsi cinayət məsuliyyəti yaradır. Qanunvericilikdə bu əməllərə görə müxtəlif cəzalar nəzərdə tutulub. Məsələn, silahın qanunsuz saxlanılması üçün 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Satış və ya daha ağır hallarda isə cəza 8 ilədək azadlıqdan məhrumetməyə qədər artır. Bu, yalnız silahın qanunsuz dövriyyəsi ilə bağlı hallara aiddir. Silahdan istifadə, habelə terrorçuluq məqsədilə törədilən əməllər isə artıq daha ağır cinayətlər kimi ayrıca maddələrlə tənzimlənir və daha sərt məsuliyyət nəzərdə tutur”.Odlu silahın qanunsuz gəzdirilməsi cəmiyyət üçün böyük təhlükə mənbəyidir. Taksi xidməti kimi kütləvi istifadə edilən sahədə belə bir halın aşkarlanması nəzarətin daha da gücləndirilməsinin vacibliyini ortaya qoyur.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr