AZ

4 nəfər hərəkətdə olan taksidən özünü atdı

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Rusiyanın Volqoqrad şəhərində 4 qadın özünü hərəkətdə olan taksidən atıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna əsas səbəb avtomobilin tüstülənməsi olub.

Sərnişinlər əvvəl yanıq iyi hiss ediblər. Daha sonra salona tüstü dolmağa başlayıb. Sürücünün avtomobili nədənsə saxlamadığı görən qadınlar məcbur qalıb özlərini atıblar. Xoşbəxtlikdən sürət yüksək olmayıb və onlar yüngül zədə və sıyrıqlar ilə canlarını qurtarıblar.

Qeyd edək ki, sürücü saxlanılıb, onun lisenziyası ləğv edilib. Hadisənin səbəbləri araşdırılır. 

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
525.az

1Mənbələr