AZ

Azər Qasımlının həbsxanadakı problemləri həll olunub

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Son üç gündə Ədliyyə Nazirliyində və Penitensiar Xidmətdə oldum və Azer Gasimlinın saxlanma şəraiti ilə bağlı problemləri danışdım”.

Gununsesi.info bildirir ki, bunu həbsdə olan Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı deyib.

Onun sözlərinə görə, hər iki qurumdan gözlədiyindən çox operativ reaksiya alıb:

“Artıq bütün problemlər həll olunub. Bu gün Azərlə danışdım, özü dedi ki, hər şey düzəlib. Xəstə məhbus da tibb müəssisəsinə göndəriləcək”.

Firuzə

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
icma.az

1Mənbələr