ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
Ermənistan Livana humanitar yardım göstərəcək.
Axar.az-ın Globalinfo.az-a istinadən xəbərinə görə, müvafiq qərar Ermənistan hökumətinin iclasında qəbul olunub.
Bu məqsədlə ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə təxminən 60 milyon dramdan (150 min dollardan bir qədər çox) artıq vəsait ayrılacaq.
Bu məbləğin 34 milyon dramı (təxminən 90 min dolları) ərzaq məhsulları və sanitar-gigiyenik vasitələrin alınmasına, 26 milyon dramı (təxminən 80 min dolları) isə dərman preparatlarına sərf olunacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.