AZ

​“Fənərbaxça”dan Salaha başgicəlləndirən təklif

Türkiyə futbolunda növbəti transfer iddiası böyük səs-küy yaradıb. Metbuat.az xəbər verir ki, yerli medianın yazdığına görə, “Fənərbaxça” misirli ulduz Muhammed Salaha rekord məbləğdə maaş təklif edib. İddialara əsasən, tərəflər arasında ilkin təmaslar artıq baş tutub. Yerli mətbuat yazır ki, İstanbul təmsilçisi Salaha illik təxminən 20 milyon avro maaşı nəzərdə tutan uzunmüddətli müqavilə təklif edib. Bəzi mənbələr futbolçunun bu təklifə müsbət yanaşdığını, hətta “Fənərbaxça” formasını geyinməyə razılıq verdiyini yazıb.

Qeyd edək ki, Muhammed Salah 2017-ci ildən “Liverpul”un şərəfini qoruyur. 33 yaşlı futbolçu İngiltərə nəhənginin heyətində 440 oyun keçirib. O, 257 qol vurub və 122 məhsuldar ötürmə verib.

Seçilən
61
9
metbuat.az

10Mənbələr